Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal oyunlarının vaxtı və yeri müəyyənləşib
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın yarımfinal mərhələsinin cavab oyunlarının vaxtı və keçiriləcək stadionları müəyyənləşib.

Aprelin 5-də günün ilk oyunu “Qəbələ” və “İnter” komandaları arasında oynanılacaq. Qarşılaşmaya saat 16:30-da Qəbələ şəhər stadionunda start veriləcək.

Saat 19:30-da başlayacaq “Qarabağ”-“Neftçi” matçı isə Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qeyd edək ki, ilk görüşlərdə “Qəbələ” komandası səfərdə “İnter”i 3:1, “Qarabağ” klubu isə “Neftçi”ni 2:0 hesabı ilə məğlub edib.


Xəbər 654 dəfə oxundu.