“Çalışacağıq ki, bu məğlubiyyətdən nəticə çıxaraq”
“Uğurlu oyunlar seriyasından sonra belə nəticəni gözləyirdim”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. Unibank
Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə səfər oyununda 1:4 hesabı ilə uduzan “ağ-qaralar”ın baş məşqçisi oyundan sonra biabırçı nəticəyə şərh verib: “Lakin belə hesabla yox. İlk hissədə “Qəbələ” əsl əzmkarlıq göstərdi, bizdən daha üstün oynadı. “Qəbələ” gözəl oyunu ilə “Neftçi”yə 4:1 hesabı ilə qalib gəldi. Çalışacağıq ki, bu məğlubiyyətdən nəticə çıxaraq”.


Xəbər 1147 dəfə oxundu.