Futbol üzrə Türkiyə millisinin üzvü Çin klublarının hədəfində
Çin klubları Burak Yılmazın ardından daha bir türkiyəli futbolçunu transfer edə bilər.

Bu dəfə hədəf “Beşiktaş” komandasının hücumçusu Cenk Tosundur.

Hazırda Çin Super Liqasında çıxış edən üç klubun 25 yaşlı futbolçunu heyətinə daxil etməyə çalışdığı bildirilir. Bu klubların mövsümün sonunda türkiyəli futbolçunu transfer etmək üçün “Beşiktaş”a rəsmi təklif göndərəcəyi gözlənilir.

İngiltərənin “Tottenhem” və Almaniyanın “Bayer” (Leverkuzen) klubları da C.Tosunun xidmətində maraqlıdır.

Qeyd edək ki, “Beşiktaş” klubu ilə 2019-cu ilədək müqaviləsi olan ulduz futbolçu bu mövsüm 37 matçda 20 qol vurub. Cenk dünya çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisinin heyətində Finlandiya yığmasına vurduğu iki qolla komandasına qələbə qazandırıb.

Xəbər 542 dəfə oxundu.