“Bu vəziyyətdə komandanı oyuna kökləmək çətin idi”
“Futbolçularımız bu oyunda verdiyim tapşırıqları yerinə yetirmədilər. Məhz buna görə də uduzduq”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Bakı” klubunun məşqçisi Novruz Əzimov deyib. Baş məşqçi Aleksandr Starkovun istefasından sonra komandanı “İnter”lə oyununa çıxaran çalışdırıcı, 0:1 hesablı məğlubiyyətə belə izah edib:

“Starkovun istefası bugünkü oyuna təsir göstərdi. Bu vəziyyətdə komandanı oyuna kökləmək çətin idi. O, yaxşı məşqçi idi. Düşünürəm ki, Starkovun "Bakı"dakı işləri alınmadı. Kaxaber Sxadadzedən fərqli olaraq, Starkov Azərbaycan futboluna uyğunlaşa bilmədi. Mən də ona gələcək işlərində uğurlar arzulayıram”.

Xəbər 1037 dəfə oxundu.