Topaz Premyer Liqasının XXIV turunda “Qəbələ” “Zirə”ni qəbul edəcək
Topaz Premyer Liqasının XXIV turunda milli çempionatlar çərçivəsində 8-ci qarşılaşma “Qəbələ” ilə “Zirə” arasında olacaq.

İndiyədək baş tutmuş 7 oyunun 3-də “Qəbələ”, 2-də isə “Zirə” qələbə qazanıb, digər iki oyunda isə qalib müəyyənləşməyib.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı aprelin 2-də keçiriləcək.

Xəbər 602 dəfə oxundu.