Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin oyunlarının vaxtı məlum olub
Kişi basketbolçular arasında Azərbaycan çempionatının final mərhələsinin oyunlarının vaxtı məlum olub.
Həlledici görüşlər aprelin 1-də başlayacaq.

Əvvəlcə bürünc medallar uğrunda mübarizə aparan “Marşallar” və “Dərviş” komandaları qarşılaşacaq. Görüş saat 14:00-da başlayacaq. Saat 15:30-da isə final görüşündə “NTD” və “80-lər” basketbol klubları qarşılaşacaq.

Oyunlar “The Club Port Baku”nun basketbol arenasında keçiriləcək.

Qeyd edək ki, aprelin 2-də isə uşaq-yeniyetmə basketbol liqasının növbəti turunun oyunları təşkil olunacaq.


Xəbər 1197 dəfə oxundu.