Azərbaycanı “Karpoş open 2017” turnirində iki şahmatçı təmsil edəcək
Skopyedə “Karpoş open 2017” beynəlxalq şahmat turniri başlanır.

Turnirdə 31 ölkədən 215 şahmatçı, o cümlədən 25 qrossmeyster iştirak edəcək. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Azərbaycanı Makedoniyada beynəlxalq ustalar Ülvi Sadıxov və Bəhruz Rzayev təmsil edəcək. “Karpoş open 2017” beynəlxalq şahmat turnirinin reytinq cədvəlinə rusiyalı qrossmeyster Vladislav Artyomov rəhbərlik edir. Növbəti yerdə Xorvatiyadan Zdenko Kojuldur.

Xəbər 612 dəfə oxundu.