Gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə 1999-2001-ci, 2002-ci il təvəllüdlü və daha aşağı yaşlı idmançılar arasında keçirilən Azərbaycan birinciliyinə martın 30-da yekun vurulub.

Üç gün ərzində keçirilən turnirdə Bakı, Sumqayıt, Şəki, Şabran, Şirvan və Salyan şəhərlərindən 100-dək idmançı iştirak edib. İdmançılar komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında mübarizə aparıblar.

Turnirdə 1999-2001-ci il və daha kiçik yaşlı həm oğlanların, həm də qızların yarışlarında Bakı komandası birinci, Sumqayıt idmançıları isə ikinci yeri tutublar. Şabran və Şirvan tennisçiləri bürün medallara layiq görülüblər.

Sonda qaliblərə Federasiyanın diplom və hədiyyələri təqdim olunub.

Xəbər 1141 dəfə oxundu.