Araz Abdullayev yenə oynamadı
Yunanıstan Superliqasında XXIV turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, həmyerlimiz Araz Abdullayevin çıxış etdiyi “Panionios” səfərdə OFİ klubunun qonağı olub. Futbolçumuzun meydanda olmadığı matçda komandası 3 xalı son dəqiqələrdə qazanıb.
Qeyd edək ki, Arazın adı oyunun iştirakçıları sırasında olsa da, o, meydana buraxılmayıb. 24 turdan sonra 26 xalı olan "Panionios" turnir cədvəlində 10-cu yeri tutur.

Xəbər 889 dəfə oxundu.