Futzal üzrə Azərbaycan və Moldova milliləri arasında növbəti yoldaşlıq oyununun hakimləri müəyyənləşib
Futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında martın 30-da keçiriləcək növbəti yoldaşlıq oyununu FIFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə edəcəklər.

Üçüncü hakim funksiyasını Hikmət Qafarlı yerinə yetirəcək.

Bakı İdman Sarayında oynanılacaq görüş saat 18:30-da başlayacaq.

Komandalar arasında martın 29-da keçirilən ilk qarşılaşmada millimiz 6:1 hesabı ilə qələbə qazanıb.

Futzal üzrə yığmamız apreldə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunları çərçivəsində Bosniya və Herseqovina, Albaniya və Macarıstan komandaları ilə “Avro-2018”in final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

Xəbər 569 dəfə oxundu.