U-23 Avropa çempionatının üçüncü günündə qadın güləşçilər mübarizə aparırlar
Macarıstanın Sombateli şəhərində güləş üzrə U-23 Avropa çempionatının üçüncü günündə - martın 30-da 48, 55, 60 və 69 kiloqram çəki dərəcələrində qadın güləşçilər mübarizə aparırlar.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Türkan Nəsirova (48 kq) ilk görüşdə Belarus təmsilçisi Kseniya Stankeviç ilə qarşılaşacaq. Solmaz Həşimzadə (55 kq) belaruslu İrina Kuraçkina, Elis Manolova (69 kq) isə italiyalı Dalma Caneva ilə üz-üzə gələcək. Çempionatda 60 kiloqram çəki dərəcəsində çıxış edən Tatyana Omelçenkonun dörddəbir final mərhələsində rəqibi Ukrayna güləşçisi Oksana Herhel olacaq.

Turnirin ilk iki günündə sərbəst güləşçilərimiz 2 qızıl və 3 bürünc medal qazanıblar.

Xəbər 583 dəfə oxundu.