Azərbaycanın idman gimnastları Dohada dünya kuboku mərhələ yarışında iştirak ediblər
İdman gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən dünya kuboku yarışından sonra Qətərin paytaxtı Dohada təşkil olunan növbəti dünya kuboku mərhələsinə qatılıblar.

Yarışda Azərbaycanı kişi idman gimnastları Murad Ağarzayev, Bence Talas, qadınlardan isə Yuliya İnşına və Yekaterina Tişkova təmsil ediblər.

Ötən ildən etibarən böyüklər proqramında çıxış edən Murad Ağarzayev sərbəst hərəkətlərdə 13.466, Bence Talas isə halqalarda 14.133 xalla ilk onluğa düşüblər. İdmançılarımızdan ən yaxşı nəticəni Yuliya İnşına göstərib. O, dayaqla tullanma hərəkətlərinə görə 13.133 xal toplayaraq finalda altıncı yerdə qərarlaşıb.

Xəbər 1007 dəfə oxundu.