Azərbaycanın taekvando üzrə məşqçi-müəllimləri yeni qaydalar barədə məlumatlandırılıb
Azərbaycan Taekvando Federasiyasının (ATF) idman zalında məşqçi-müəllimlər və hakimlər üçün nəzərdə tutulmuş seminarlar keçirilir.

Martın 27-də start verilən və martın 31-dək davam edəcək seminara respublikamızda fəaliyyət göstərən taekvando klub və bölmələrindən 114 məşqçi-müəllim, eləcə də əlliyə yaxın milli və beynəlxalq dərəcəli hakim iştirak edir.

ATF-in təşkilatçılığı ilə keçirilən seminarın məqsədi Dünya Taekvando Federasiyası tərəfindən tətbiq edilən yeni qaydalarla həm məşqçi-müəllimləri, həm də hakimləri tanış etməkdir. Məşqçilər üçün seminar saat 09:00-dan 12:00-dək, hakimlər üçün isə 14:00-dan 17:00-dək keçiriləcək.

Hər iki seminar ATF-nin texniki direktoru Oh Kvanq Çeolun rəhbərliyi ilə aparılır. Seminar başa çatandan sonra iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Xəbər 940 dəfə oxundu.