Azərbaycan Birlik Kubokunun bərpa olunmasını təklif edib
Birlik Kuboku Beynəlxalq turniri bərpa ediləcək, iştirakçıların sayı isə başqa ölkələrdən komandaların cəlb olunması hesabına artırılacaq.

Azərbaycan Birlik Kuboku turnirini bərpa etməyə çalışır. Əsası 1993-cü ildə qoyulan turnir sonuncu dəfə 2016-cı ildə keçirilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildiriblər ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun növbə görüşündə bu məsələ müzakirə edilib. 2011-ci ildən ənənəvi olaraq Sankt-Peterburq İdman-Konsert Kompleksində keçirilən Birlik Kubokunu bu il Azərbaycanda keçirmək nəzərdə tutulub.

Gözlənildiyinə görə, Azərbaycanda keçirilən turnirin qalibi olan komandanın təmsil etdiyi ölkə növbəti ildə yarışlara ev sahibliyi etmək imkanı qazanacaq.

Səmərəli müzakirələrdən sonra AFFA aşağıdakı təkliflərlə çıxış edib: turniri ölkələrin növbələşməsi prinsipi üzrə təşkil etmək və keçirmək; cari turnirin qalibi olan komandanın təmsil etdiyi ölkəyə növbəti Birlik Kubokuna ev sahibliyi hüququ vermək; qonşu ölkələrin komandalarını turnirə dəvət etməklə, iştirakçıların sayını artırmaq.

Xəbər 554 dəfə oxundu.