Bakı 2017 İslam Oyunlarının Ulduz Səfiri Tünzalə Ağayeva “Salam Bakı – Könüllülərin himni”ni könüllülərlə birgə ifa etdi
Bakı 2017 Oyunlarının könüllüləri və Oyunların ulduz səfiri Tünzalə Ağayeva birgə “Salam Bakı – Könüllülərin himni”ni ifa etdilər. Qeyd edək ki, “Salam Bakı – Könüllülərin himni” sözləri Bakı 2017 Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və musiqisi Ulduz səfir Tünzalə Ağayeva tərəfindən yazılmış və könüllülərə həsr olunmuş ilk mahnıdır. Himndə pop janrından istifadə olunsa da, milli musiqi alətlərimiz olan tar, qaval, zərb alətlərinin də ifası var.

Himn Tünzalə Ağayeva tərəfindən müxtəlif seçim proseslərindən keçərək seçilmiş istedadlı könüllülərlə birlikdə oxunur. Eyni zamanda, “Salam Bakı - könüllülərin himni”nin ifasında Tünzalə Ağayevaya könüllülərlə yanaşı, “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılar da kömək edir.

Tünzalə Ağayeva “Salam Bakı” himnindən söhbət açarkən aşağıdakıları vurğuladı: “Könülüllərlə birgə olmaq mənə şərəfdir, könüllü olmaq artıq öz işini dərk edərək, xüsusi zövqlə çalışmaq deməkdir. Hər hansi peşə üzrə könüllü kimi çalışmaq təcrübə baxımından gənclərimizə çox böyük şansdır”

Bu himn ilk dəfə 23 Mart tarixində “Domestic Grassroots” proqramı çərçivəsində təşkil olunan “Oyunlara 50 gün qaldı” tədbirində səsləndi.

Tünzalə Ağayeva 4-cü İslam Həmrəyliyi Oyunlarından bəhs edərkən aşağıdakıları vurğulamışdır: “Bilirsiz, hər bir insan peşəsini sevməlidir, ondan zövq almalıdır. Mən də Bakı 2017 Oyunlarının ulduz səfiri kimi öz işimi sevirəm və oyunlara səfir kimi “Salam Bakı – Könüllülərin himni” ilə öz töhfəmi verirəm. Yeri gəlmişkən, Bakı 2017 İslam Oyunlarının 4 dəyərindən (sülh, həmrəylik, birlik, mükəməllik) mən mükəmməlliyi seçir və hamını öz işində mükəmməl olmağa səsləyirəm”

İslam Həmrəyliyi Oyunlarının Direktoru, könüllülərin səfiri Elçin Səfərov dedi: “Mən hər şeydən əvvəl qeyd etməliyəm ki, biz könüllülər üçün hər fürsəti dəyərləndiririk.Təbii ki, könüllü üçün ilk himnin mətnini yazdığıma görə qürur duyuram. Bildiyiniz kimi, 30 aprel tarixinə kimi, könüllülər gündə 2 təlim alacaq. Bu təlimlər zamanı könüllülər himnin məşqini də təşkil edə bilər, həmçinin öz aralarından ən yaxşı ifaçıları da seçə bilər. Çünki, hər bir könüllü tələbədir,yeni təcrübə qazanmaq üçün kövrək addımlarını atır. O üzdən də biz hər birimiz onlar üçün istənilən şəraiti yaratmalıyıq. Ölkəmizin ev sahibliyi edəcəyi Bakı 2017 layihəsində də könüllülərin əməyi böyükdür və danılmazdır”.

-SON-

Redaktorlara qeydlər:

Media akkreditasiyası:

IV İslam Həmrəyliyi Oyunları üçün media akkreditasiyasına müraciət üçün aşağıdakı linkə daxil olun: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və

Xəbər 1334 dəfə oxundu.