Atletlərimiz Avropa çempionatında iştirak edəcəklər
Aprelin 2-8-dək Xorvatiyanın Split şəhərində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Yarışda 42 ölkədən 324 atlet iştirak edəcək.

Yığma komandamızın heyətində Məmmədli Məhəmməd (62 kq), İsa Rüstəmov (69 kq), Kamran İsmayılov (85 kq) və Hüseyn İsmayılov (94 kq) körpücük üzərinə çıxacaqlar.

Xəbər 1227 dəfə oxundu.