Paralimpiyaçılarımız IX Fəza Beynəlxalq Qran-pri yarışında uğurla çıxış ediblər
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) atletika üzrə komandası Dubayda IX Fəza Beynəlxalq Qran-prisində uğurla çıxış edib.

Paralimpiyaçılarımız yarışı 5 qızıl, 5 gümüş və 1 bürünc medalla başa vurublar.

Samir Nəbiyev disk atma yarışında Avropa rekordunu yeniləyərək qızıl medal qazanıb. Atletimiz nüvə itələmədə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oloxan Musayev disk atmada qızıl, nüvə itələmədə gümüş medala sahib olub. Rüfət Rəfiyev nüvə itələmədə birinci, disk atmada ikinci pillədə qərarlaşıb. Zeynal Misgərli 100 metr məsafəyə qaçışda bütün rəqiblərini üstələyərək yarışın qalibi adını qazanıb. Elvin Astanov nizə atmada gümüş, disk atmada isə həm gümüş, həm də bürünc medala sahib olub. Vladimir Zayats isə nizə atmada gümüş medalla kifayətlənib.

Xəbər 1548 dəfə oxundu.