Akrobatika gimnastikası üzrə azərbaycanlı hakimlərin növbəti uğuru
Ukraynanın Vinnitsa şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq hakimlik kursları keçirilib.

Seminarda iştirak etmiş Azərbaycan təmsilçiləri imtahanlardan müvəffəqiyyətlə keçiblər. Aynur Hüseynova, Leyla Mehdizadə, Səbinə Məmmədova və Lalə Abdullayeva 4-cü, Dürdanə Əhmədova isə 3-cü hakimlik kateqoriyası əldə ediblər.

Qeyd edək ki, bu kateqoriyalar hazırkı Olimpiya dövrü ərzində (2017-2020-ci illər) qüvvədə olacaq.

Xəbər 776 dəfə oxundu.