Futbol üzrə Azərbaycan millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan və Almaniya milli komandaları qarşılaşacaq.

Oyunu italiyalı baş hakim Daniele Orsato idarə edəcək. Ona həmyerliləri Mauro Tonolini, Rikkardo Di Fiore və Marko Guida kömək edəcəklər.

Oyunun komissarı moldovalı Adrian İksari, hakim-inspektoru isə rusiyalı Aleksey Spirindir.
Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, hesabında 7 xal olan Azərbaycan millisi "C" qrupunda üçüncü pillədə qərarlaşıb. Almaniya 12 xalla birinci, Şimali İrlandiya 7 xalla ikinci pillədə yer alır. Çexiya (5 xal) dördüncü, Norveç (3 xal) beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu yeri tuturlar.


Xəbər 623 dəfə oxundu.