“Qəbələ” futbol klubunun əməkdaşları UEFA-nın forumunda iştirak ediblər
Futbol üzrə UEFA Gənclər Liqası yarışları çərçivəsində məşqçilər üçün forum keçirilib.

2016-2017-ci il mövsümünün iştirakçılarının qatıldıqları tədbirdə Azərbaycanı “Qəbələ” klubunun nümayəndələri təmsil ediblər.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən foruma “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimov, əvəzedici komandanın baş məşqçisi Hüseynqulu Quliyev və məşqçisi Elmar Baxşıyev qatılıblar.

UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Corco Markettinin iştirakı ilə keçirilən tədbirdə futbol mütəxəssisləri - İoan Lupesku, Verner Mikler, Santi Solsona, Hyu Dallas və Fabio Kapello müxtəlif mövzularda mühazirələrlə çıxış ediblər.

Xəbər 660 dəfə oxundu.