Millimizin sabiq baş məşqçisi Berti Foqts Almaniya televiziyasında ekspert kimi çıxış etmək üçün Bakıdadır | |
Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gəlib. Məqsəd dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Almaniya yığması ilə martın 26-da Bakıda təşkil olunacaq oyununu yayımlayacaq Almaniya televiziyasında ekspert qismində çıxış etməkdir. Qeyd edək ki, martın 24-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında qurumun baş katibi Elxan Məmmədov almaniyalı məşqçi ilə görüşüb. |
|
Xəbər 659 dəfə oxundu. |
|
|