Azərbaycanın yığma komandasının məşqçisi Dünya Güləş Birliyinin məşqçilik kursunda iştirak edib
Tehranda Beynəlxalq Olimpiya Komitəsinin məşqçilər üçün texniki kursu və Dünya Güləş Birliyinin yunan-Roma güləşi üzrə məşqçilərinin toplantısı keçirilib.

Hər iki tədbirdə ölkəmizi yunan-Roma güləşi üzrə yığma komandamızın məşqçisi Nurəddin Rəcəbov təmsil edib.

Kurs zamanı Dünya Güləş Birliyinin güləş qaydalarında edəcəyi dəyişikliklər barədə məlumat verilib, taktiki və texniki hazırlıqla bağlı fikir mübadiləsi aparılıb, qaydalar müzakirə edilib, praktik məşğələlər keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Xəbər 653 dəfə oxundu.