Azərbaycan millisi Rusiya yığması ilə qarşılaşıb
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil olunmuş “Kuban baharı” turnirində növbəti oyununu keçirib.

Rusiya komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, ilk oyunda Rumıniya yığması ilə üz-üzə gələn millimiz görüşdən 1:4 hesablı məğlubiyyətlə ayrılıb.

Xəbər 597 dəfə oxundu.