Basketbolçularımız “Novruz-2017” beynəlxalq turnirinin gümüş medalını qazanıblar
Qırğızıstanda basketbol üzrə “Novruz-2017” beynəlxalq turniri başa çatıb.

Turnirdə ölkəmizi təmsil edən 20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi finalda “Qırğızıstan-1” komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda millimiz 67:75 hesabı ilə məğlub olaraq “Novruz-2017” beynəlxalq turnirinin gümüş medalı ilə kifayətlənib.


Xəbər 1540 dəfə oxundu.