Çinli gimnast paralel qollarda qızıl medal qazanıb
Çinli gimnast Ronbinq Liu Bakıda keçirilən idman gimnastikası üzrə dünya kubokunda paralel qollarda qızıl medal qazanıb.

O, 15.133 xal toplayıb.

İkinci yeri 14.866 xalla digər çinli gimnast Yusiao He, üçüncü yeri isə 14.700 xalla yaponiyalı Şoqo Nonomura tutublar.

Azərbaycanlı gimnast Murad Ağarzayev 12.600 xalla səkkizinci yerdə qərarlaşıb.

Xəbər 696 dəfə oxundu.