Budapeştdə şahmat üzrə “Yaz festivalı-2017
Bugün Budapeştdə şahmat üzrə “Yaz festivalı - 2017” start götürüb.

Açıq turnirdə 39 ölkədən 156 şahmatçı, o cümlədən 34 qrossmeyster iştirak edir.
Azərbaycanın idman şərəfini qrossmeyster Nicat Abbasov, beynəlxalq dərəcəli usta Nail Bəşirli, FIDE ustaları Vüqar Əsədli və Abdulla Qədimbəyli qoruyurlar.

İsveçrə sistemi üzrə keçirilən “Yaz festivalı-2017” turniri 9 turdan ibarətdir.

Xəbər 865 dəfə oxundu.