Favoritlərin növbəti qələbəsi
Bu gün qadın voleybolçular arasında Super Liqada XIII turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, «Gənclik» Olimpiya Kompleksində baş tutmuş görüşlərdə favoritlər növbəti qələbələrini qazanıblar. Ötən matçda birinci pilləni ələ keçirən «Rabitə» şərti meydan sahibi qismində «Azəryolservis»i məyus edib (3:0). Eyni hesabla «Lokomotiv» «İqtisadçı»nı üstələyib. Debütant «Bakı» isə təcrübəli «Azerreyl»lə bacarmayıb – 1:3.

10 fevral
Super Liqa. XIII tur. Qadınlar

«Rabitə» - «Azəryolservis» - 3:0 (25:14, 25:17, 25:14)
«Bakı» - «Azerreyl» - 1:3 (22:25, 25:21, 20:25, 14:25)
«Lokomotiv» - «İqtisadçı» - 3:0 (25:21, 25:22, 25:21)

O Q M S T X

1. «Rabitə» 10 10 0 30-2 786:547 20
2. «Azərreyl» 10 9 1 29-10 934:732 19
3. «Bakı» 12 7 5 26-18 992:921 19
4. «Lokomotiv» 10 5 5 20-15 684:731 16
5. «İqtisadçı» 10 4 6 13-22 779:805 14
6.«Azəryolservis» 11 2 9 11-28 749:606 13
7.«Lokomotiv Biləcəri» 11 0 11 1-33 557:850 11

Xəbər 997 dəfə oxundu.