Azərbaycan millisi Rumıniya, Rusiya və Belarus yığmaları ilə qarşılaşacaq
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması martın 17-dən 27-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban baharı” turnirində iştirak edəcək.

Millimiz “B” qrupunda Rumıniya, Rusiya və Belarus yığmaları ilə üz-üzə gələcək. “A” qrupunda isə İran, Krasnodar (Rusiya), Qazaxıstan və Sloveniya mübarizə aparacaq.

Millimiz martın 18-də Rumıniya, iki gün sonra Rusiya, martın 22-də isə Belarus komandası ilə qarşılaşacaq.

Xəbər 658 dəfə oxundu.