Bakıda idman gimnastikası üzrə dünya kuboku yarışları davam edir
Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) dünya kuboku yarışları davam edir. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi kubokda 23 ölkədən, ümumilikdə 85 kişi, 35 qadın idmançısı iştirak edir.

Turnirin ikinci günündə təsnifat yarışları keçirilir.

Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastları 6, qadın gimnastları isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində Yuliya İnşına, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

FIG dünya kuboku martın 19-dək davam edəcək.

Xəbər 728 dəfə oxundu.