Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya kubokunun finalında Rusiya yığması ilə qarşılaşacaq
İran İslam Respublikasının Abadan şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları davam edir.

Yığma komandamız Türkiyə, Belarus və Ukrayna idmançıları ilə “B” yarımqrupunda mübarizə aparıb.

Qrupda keçirilən görüşlərdə güləşçilərimiz ardıcıl olaraq Türkiyə, Belarus və Ukrayna yığmaları üzərində 5:3 hesablı qələbə qazanıb və qrup birincisi kimi finala yüksəliblər.

Finalda güləşçilərimiz digər yarımqrupun birincisi Rusiya yığma komandası ilə qarşılaşacaqlar.

Həlledici görüş bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Xəbər 700 dəfə oxundu.