Həndbolçularımız beynəlxalq turnirə dəvət alıblar
Aprelin 9-dan 13-dək Ukraynanın Xerson şəhərində həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

Azərbaycan Həndbol Federasiyasından bildirilib ki, qadınlardan ibarət yığma komandamız beynəlxalq turnirdə iştirak etmək üçün dəvət alıb.

Yarışda iştirak IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyır.

Xəbər 962 dəfə oxundu.