Könül Mehtiyeva elit-raund mərhələsinə təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin Hollandiyada keçiriləcək 1-ci qrupunun oyunlarına təyinat alıb.

AFFA-nın verdiyi məlumata görə, həmyerlimiz martın 27-dən aprelin 1-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda Hollandiya, Avstriya, İsveçrə və Sloveniya yığmaları mübarizə aparacaq.

Xəbər 852 dəfə oxundu.