Braziliyalı qızlar darmadağınla başladı
17 yaşadək qızlardan ibarət milli komandalar arasında futbol üzrə Cənubi Amerika çempionatına start verilib. İdman.com.az saytının məlumatına görə, bu il Azərbaycanda keçiriləcək dünya çempionatına seçmə xarakteri daşıyan yarışın ilk günündə 2 qarşılaşma baş tutub.

Boliviyada keçirilən yarışın «B» qrupunda ilk matçında Kolumbiya Venesuelanı 2:1 hesabı ilə məğlub edib. Azərbaycandakı mundiala 3 vəsiqəyə əsas namizədlərdən sayılan Braziliya millisi isə ilk matçında şou göstərib. Sambaçı qızlar Paraqvay yığmasını 7 cavabsız qolla darmadağın ediblər.

Xəbər 1312 dəfə oxundu.