Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb
Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli açıqlanıb.

Millinin oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son tur martın 18-19-da baş tutacaq.

Turun “Neftçi” və “İnter” arasında mərkəzi oyun turun ilk günü baş tutacaq. Qarşılaşma qeyri-adi vaxtda – 19:37-də start götürəcək. Bu da “Neftçi”nin 1937-ci il martın 18-də yaranması ilə bağlıdı. Paytaxt derbisi 80 illiyə təsadüf etdiyindən matç bu saatda start götürəcək.

Həftənin son matçında isə ötən mövsümün mükafatçıları qarşılaşacaq. Martın 19-da keçiriləcək “Zirə” - “Qarabağ” matçı 18:30-da başlayacaq.


Qeyd edək ki, bütün oyunlar “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

XXIII tur
18 mart (şənbə)

16:00. “Kəpəz” – “Sumqayıt”
Gəncə şəhər stadionu

19:37. “Neftçi” – “İnter”
8-ci km qəsəbə stadionu

19 mart (bazar)

15:30. AZAL – “Qəbələ”
“AZAL Arena”

18:30. “Zirə” – “Qarabağ”
Zirə İdman Kompleksinin stadionu

Xəbər 651 dəfə oxundu.