Salyanda stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayıb
Salyanda stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayıb.

Rayondakı Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində çıxış edənlər ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb, tennisçilərə uğurlar arzulayıblar.

Salyan mədəniyyət evi və uşaq musiqi məktəbinin özfəaliyyət qruplarının konsert proqramı başa çatdıqdan sonra yarışa start verilib.

Çempionata 25 rayondan 36 komanda qatılıb. 2002-2004-cü və 2006-cı il təvəllüdlü idmançıların mübarizəsi üç gün davam edəcək. Yarışda qalib gələn komandalar kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər 866 dəfə oxundu.