Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinin üzvü seçilib
AFFA-nın XXIV konfransında qurumun İcraiyyə Komitəsində vakant olan bir yerə seçki keçirilib.

Vakant yerə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov seçilib.

Z.Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb.

Xəbər 719 dəfə oxundu.