FIFA-nın səfiri: Belə yarışlarda təcrübə böyük rol oynayır
“Azərbaycan milli komandasının dünya çempionatında yaxşı təsir bağışlayacağına ümid edirəm. Lakin belə yarışlarda təcrübə böyük rol oynayır”. İdman.com.az saytının məlumatına görə, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Steffi Cons deyib.

Bakıda “Qızların Futbol Festivalı”nda iştirak edən sabiq futbolçu mətbuat konfransına qatılaraq, Azərbaycan milli komandası haqda fikirlərini açıqlayıb: “Nəzərə almalıyıq ki, yığmanız yeni yaranıb və böyük təcrübəsi yoxdur. Mən əlimdən gələni edib onlara dəstək olmağa çalışıram. Onlar ruhdan düşməsinlər. Mən 31 illik futbolçu karyerama başlayanda da çox çətin idi. İlk vaxtlar kişilərlə oynamalı olurdum. Hamı buna kinayə ilə yanaşırdı. Amma zaman göstərdi ki, doğru yolda idım. Çıxış etdiyim Almaniya millisinə çox faydalı oldum”.

Xəbər 942 dəfə oxundu.