“Qəbələ”nin iki futbolçusu yığmaya dəvət olunub
“Qəbələ”nin iki futbolçusu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub.

Fərid Nəbiyev və Əli Sadıxov martın 15-də təlim-məşq toplanışına start verəcək yığmanın hazırlığında iştirak edəcəklər.

Toplanışı Bakıda gerçəkləşəcək milli martın 18-dək təlim keçəcək. Yığmanın heyətinə ümumilikdə 21 futbolçu cəlb edilib.

Xəbər 573 dəfə oxundu.