FİFA mütəxəssisi: Azərbaycan millisinin yaxşı çıxış edəcəyinə inanıram
“Azərbaycanda səfərdə olduğumuz müddətdə gördüklərimdən çox məmnunam. Burada hər şey maraqlıdır”. İdman.com.az saytının məlumatına görə, bu sözü FİFA-nın qadın futbolunun inkişafı üzrə mütəxəssisi Mayrillan Törner Ker Kruz Blanko deyib.

Bakıda “Qızların Futbol Festivalı”nda iştirak edən qonaq mətbuat konfransına qatılaraq, Azərbaycan milli komandası haqda fikirlərini açıqlayıb: “Yığmanız 3 ildir yaranıb. İşə sıfırdan başlasanız da çox şeyə nail olmusunuz. Komandanızın dünya çempionatında yaxşı çıxış edəcəyinə ümid edirəm. Əvvəlki dünya çempionatlarına ev sahibliyi edən Trinidad və Tobaqo ilə Yeni Zelandiya bu yarış sayəsində daha çox tanındı. Azərbaycanın yarışı daha yaxşı təşkil etməklə buna nail olacağına inanıram”.

Xəbər 886 dəfə oxundu.