Azərbaycan çempionu adı uğrunda 24 şahmatçı mübarizə aparır
Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan birinciliyi davam edir. Yarışda 24 nəfər, o cümlədən 4 qrossmeyster, habelə FİDE-nin beynəlxalq dərəcələrinin sahibləri olan 17 şahmatçı iştirak edir.

İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.

4 turdan sonra hər birinin aktivində 5 xal olan qrossmeysterlər Nicat Abbasov və Vüqar Rəsulov, beynəlxalq dərəcəli usta Misrəddin İsgəndərov və FİDE ustası Əhməd Əhmədzadə liderdir. Altı iştirakçı liderlərdən yarım xal geri qalır, 4 iştirakçının hərəsi liderlərdən bir xal az toplayıb.

Püşkatmanın nəticələrinə görə beşinci turda ilk iki masa arxasında Nicat Abbasov Misrəddin İsgəndərovla, Əhməd Əhmədzadə isə Vüqar Rəsulovla qarşılaşacaq.

Xəbər 1748 dəfə oxundu.