Azərbaycanlı taekvandoçular Niderlandda beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanlı taekvandoçular bu gündən Niderlandda start götürən beynəlxalq reytinq turnirində iştirak edəcəklər.

Hollandiyanın Eyndhoven şəhərində keçirilən nüfuzlu turnirdə 40-dan çox ölkədən mindən artıq idmançı üç yaş kateqoriyasında mübarizə aparacaq.

Azərbaycanı turnirdə 28 taekvandoçu təmsil edir. Onların arasında Olimpiya çempionu Radik İsayev (87 kiloqramdan yuxarı çəki kateqoriyasında), Olimpiya mükafatçıları Milad Xarçeqani (80 kq) və Patimat Abakarova (53 kq) da yer alıb.

Xəbər 1072 dəfə oxundu.