Cüdo ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər
Martın 10-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

Bu münasibətlə Beynəlxalq Cüdo Federasiyasının və Azərbaycan Cüdo Federasiyasının nümayəndələri martın 10-da Fəxri xiyabana gələrək xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Xəbər 850 dəfə oxundu.