Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Türkiyə çempionu “Beşiktaş” Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Qara qartal” səfərdən sərfəli nəticə ilə dönüb - 1:1.
“Mançester Yunayted” isə səfərdə “Rostov”la qarşılaşıb. "Qırmızı şeytanlar" da heç-heçə ilə razılaşıblar - 1:1.

“Lion” – “Roma” matçı da bu mərhələnin maraqlı oyunlarından idi. Meydan sahibi “Lion” 4:2 hesablı qələbəyə sevinib.

Futbolsevərlər Almaniya və Belçika duellərinin də şahidi olublar. “Şalke” Mönhenqladbax “Borussiya”sı ilə heç-heçə oynayıb (1:1), “Gent” isə Belçikanın digər təmsilçisi “Genk”lə görüşdə darmadağın olub - 2:5.


Xəbər 1192 dəfə oxundu.