“ABU Arena”da həndbol üzrə Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək
Martın 10-da “ABU Arena”da həndbol üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının ikinci dövrəsinə start veriləcək.

Azərbaycan Həndbol Federasiyasından verilən xəbərə görə, günün açılış oyunu “Gənclər Birliyi” və “Azəryol” komandaları arasında keçiriləcək. Bundan əlavə, “Nur”–“Qarabağ”, “Təhsil”–RİOEUGİM, “Nəsimi”–“Məhsul” qarşılaşmaları da eyni gündə keçiriləcək.

Martın 12-də çempionatın təntənəli bağlanış və mükafatlandırma mərasimi olacaq.

Xəbər 782 dəfə oxundu.