Azərbaycan çempionatında IV dövrənin son oyunlarının təqvimi açıqlanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqasında IV dövrənin son oyunlarının təqvimi açıqlanıb.

Çempionat martın 28-də başa çatacaq.

Həmin gün saat 20:00-da yarışın rəsmi bağlanış mərasimi də nəzərdə tutulub.

Gürcüstan millisinin isə bu mövsüm paytaxtımıza son səfəri martın 15-də olacaq. Onlar növbəti 4 matçı keçirdikdən sonra Super Liqada çıxışlarını bitirəcəklər.

10 mart
14:00. “Azəryol” – “Lokomotiv”
“Azərreyl” Voleybol Bazası

17:00. “Telekom” – “Azərreyl”
“Gənclik” Olimpiya Kompleksi

15 mart
12:00. Gürcüstan – “Lokomotiv”
“Azərreyl” Voleybol Bazası

16 mart
12:00. Gürcüstan – “Azəryol”
“Azərreyl” Voleybol Bazası

17 mart
12:00. Gürcüstan – “Telekom”
“Gənclik” Olimpiya Kompleksi

18 mart
12:00. Gürcüstan – Azərreyl
“Azərreyl” Voleybol Bazası

28 mart
16:00. “Lokomotiv” – “Telekom”
“Azərreyl” Voleybol Bazası

18:00. “Azərreyl” – “Azəryol”
“Azərreyl” Voleybol Bazası

Xəbər 655 dəfə oxundu.