Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı baş tutacaq
İyunun 17-də Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı baş tutacaq.

Bir çox ulduzların iştirak edəcəyi matç ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində baş verən və 86 nəfərin ölümünə səbəb olan terror aktının qurbanlarının xatirəsinə həsr ediləcək. Xeyriyyə matçına bilet satışından əldə ediləcək gəlir “Mələklərin gəzintisi” assosiasiyasına köçürüləcək.

Artıq bir sıra əfsanəvi futbolçular – Zidan, Pöti, Deşam, Qovu, Qallas, Vieri, Maldini, Barezi, Kostakurta, Del Piero Nitsadakı “Allianz Riviera” stadionunda keçiriləcək matçda iştiraklarını təsdiqləyiblər.


Xəbər 639 dəfə oxundu.