Berti Foqts: «Neftçi» çempion olacaq
Milli komandamızın baş məşqçisi Berti Foqts Unibank Premyer Liqasının final mərhələsinin oyunlarını da canlı izləyəcək. Bunu idman.com.az saytına almaniyalı mütəxəssisin özü deyib. «Teryer»in sözünə görə, «altılığ» matçları daha maraqlı keçməlidir:

«Ölkə çempionatının görüşlərini izləyəcəyəm. Hansı komandanın çempion olacağına gəldikdə, bu barədə nəsə deyə bilmərəm. Falçı deyiləm. Amma indiki vəziyyəti dəyərləndirib söyləyə bilərəm ki, «Neftçi», «Xəzər Lənkəran» və «İnter»in şanslarını yüksək qiymətləndirirəm. Sonda qalib adını bu klublardan biri qazanacaq».

Xəbər 1349 dəfə oxundu.