Peyntbol turnirinin qalibləri bəlli olub
“5 mart bədən tərbiyəsi və idman günü“ nə həsr olunmuş tanınmışlar arası peyntbol turniri başa çatıb.

Gənclər ve idman nazirliyinin sektor müdiri Aydın Məmmədov bədən tərbiyəsi ve idman günündən danışaraq, yarışmanı açıq elan edib.

Tədbir estrada ulduzları Səlim Abbasov, Roza Zərgərli, Mənsumə, MirFərhad, Aygün Ağayeva, Kubra Hüseynova, Konul Məmmədli, Behlul Tufanın çıxışı ilə sona çatıb.

Yekun nəticələrə görə, birinci yerə Fərid Qasımzadə, Elvin Əmirzadə, Nicat İskəndərov, Elşad Məmmədov, Ziya Qasımov; ikinciyə Roza Zərgərli, Elmin Mehdiyev, Ramin Vəliyev, Ramin Hacıyev, Aqil Adiloğlu; üçüncü yerə Dənyar Teymurlu, Ramin Cəlilov, Azər Məmmədov, Nikol Əhmədov, Pərvin Abıyeva layiq görülüblər.

Sonda qaliblər Gənclər və idman Nazirliyinin və sponsorların qiymətli hədiyyələri və diplomları ilə təltif olunublar.

Xəbər 788 dəfə oxundu.