Riçard Almeyda millimizin düşərgəsindən ayrılıb
Ağdamın “Qarabağ” futbol klubunun üzvü Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra yığmanın düşərgəsindən ayrılıb.

Riçard Almeyda milli komandanın ab-havasını hiss etmək, adaptasiya prosesinin başlanması məqsədilə baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.

Riçard Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FIFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.

Xəbər 579 dəfə oxundu.