“Stamford Bric” stadionunun yenidən qurulması layihəsi təsdiq edilib
Londonun meri Sadiq Xan “Çelsi” futbol klubunun ev oyunlarını keçirdiyi “Stamford Bric” stadionunun yenidən qurulması layihəsini təsdiq edib.

60 min tamaşaçı tutumuna malik yeni stadionun yenidən qurulmasına təqribən 500 milyon funt sterlinq vəsaitin xərclənməsi nəzərdə tutulur.

Layihəyə əsasən, klubun 41,5 min yerlik hazırkı stadionunun yerində yeni idman arenası inşa ediləcək. London təmsilçisi yeni stadionun inşasını 2021-2022-ci il mövsümünə qədər başa çatdırmağı planlaşdırır. Yeni stadionun layihəsi memarlar Hersoq və de Meuron tərəfindən hazırlanıb. Hər iki memar Pekində “Quş Yuvası” Olimpiya Stadionunun layihəsinin müəllifidir.

Rusiyalı milyarder Roman Abramoviçin sahibi olduğu “Çelsi” klubunun 1905-ci ildən etibarən ev oyunlarını keçirdiyi “Stamford Bric” stadionunda sonuncu dəfə yenidənqurma işləri 1990-cı illərdə həyata keçirilib.

Xəbər 503 dəfə oxundu.